|
19 fevral 2009
İqtisadi İnkişaf Nazirliyi tərəfindən elan edilmiş Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesi ilə bağlı cəmiyyətin məlumatlandırılması məqsədilə “Azərbaycan və Ümumdünya Ticarət Təşkilatı” mövzusunda jurnalistlər arasında müsabiqə sona çatdı. Avqustun 1-dən dekabrın 1-ə qədər davam etmiş müsabiqəyə məqalələr Azərbaycan və rus dillərində təqdim edilmişdir. Qiymətləndirmə əvvəlcədən hazırlanmış xüsusi meyarlar əsasında aparılmış, müsabiqənin qalibləri müəyyən edilmişdir. Belə ki, “Məqsəd yoxsa vasitə?” (“Самоцель или всего лишь средство?”) adlı məqaləsinə görə Anar Əzizov I yerə, “Azərbaycan qapılarını tezliklə ÜTT-yə açmalıdır” məqaləsi üçün Aynurə Əhmədova II yerə, “Ümumdünya Ticarət Təşkilatına üzvlük nə vəd edir?” məqaləsinə görə Elçin Bayramlı III yerə layiq görülmüşdür. Qaliblərə pul mükafatı təqdim olunmuşdur.
|