|
28 fevral 2009
Cari ilin 26-27 fevral tarixlərində İqtisadi İnkişaf Nazirliyində Koreya İnkişaf İnstitutunun tanınmış ekspertlərinin iştirakı ilə “Biliklərin Bölüşməsi Proqramı” çərçivəsində “Üzvolma prosesi ilə bağlı digər məsələlər və ÜTT sisteminin tətbiqi” mövzusunda seminar keçirilmişdir. Müxtəlif dövlət qurumlarının təmsilçilərinin də iştirak etdiyi seminarda aşağıdakı məsələlər müzakirə olunmuşdur:
1. İkitərəfli danışıqlarla bağlı cari məsələlər
2. İdxal siyasəti və ÜTT sistemində tarif mexanizminin təkmilləşdirilməsi
3. ÜTT-yə üzvolma prosesində Azərbaycanın kənd təsərrüfatı sahəsində danışıqlar strategiyası
4. Azərbaycanın sənaye ixracının müqayisəli üstünlüklərinin hərtərəfli təhlili
Koreya İnkişaf İnstitutu tərəfindən Azərbaycan üçün həyata keçirilən məlumat və təcrübə mübadiləsi tədbirlərinin davam etdirilməsi və belə seminarların gələcəkdə də təşkil olunması gözlənilir.
|